Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

"Facebook"da canlı yayımda qətl törədən şəxs intihar etdi

Tarix: 19-04-2017 14:12     Baxış: 4406 A- / A+
"Facebook"da canlı yayımda qətl törədən şəxs intihar etdi

"Facebook" sosial şəbəkəsinin canlı yayımında qətl törədən ABŞ-ın Klivlend şəhərinin 37 yaşlı sakini intihar edib.

Manevr.az-ın xəbərinə görə, bu barədə Pensilvaniya ştatının polisi "Tvitter"də açıqlama yayıb.

Bildirilib ki, polis əməkdaşları bu səhər Eri dairəsində Stefen Stevensi görüb. Maşınla bir qədər qovduqdan sonra Stevens idarə etdiyi maşında intihar edib.

Qeyd edək ki, Stefen Stevens Pasxa bayramı günü sevgilisi ilə mübahisə edib. Daha sonra o, küçədə qarşısına çıxan 74 yaşlı Robert Qodvin adlı qaradərili kişini qətlə yetirib. Hadisənin ən dəhşətli tərəfi isə ondan ibarətdir ki, Stevens törətdiyi cinayəti "Facebook"dan canlı yayımlayıb. Yayım zamanı kiminləsə telefonla danışan cani daha 13 nəfəri öldürdüyünü bildirib.

Bu hadisədən sonra "Facebook" rəhbərliyi standartlardan kənar paylaşılan video və materiallardan şikayət etmək imkanını sadələşdirməyi qərara alıb. Hazırda şirkətin mütəxəssisləri bu istiqamətdə çalışırlar.lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar