Sizin Reklam Burada
Xəbər lenti
18-09-2025
17-09-2025
BÜTÜN XƏBƏRLƏR

Zaur Boris Nemtsovu necə öldürdüyünü danışdı - Video

Tarix: 19-04-2017 12:19     Baxış: 3295 A- / A+
Zaur Boris Nemtsovu necə öldürdüyünü danışdı
Dünən Hərbi Dairə Məhkəməsində rusiyalı siyasətçi Boris Nemtsovun ölümündə şübhəli bilinən Əhməd Kadırov adına taborun (keçmiş “Şimal”) keçmiş hərbi qulluqçusu Zaur Dadayev ifadə verib.

Manevr.az xəbər verir ki, ifadəsi zamanı Dadayev ona qarşı olan ittihamları rədd edib.

“Fevralın 27-də mən namazımı qılıb evə qayıtdım və heç yana çıxmadım. Mən Nemtsova atəş açmamışam. Mən, ümumiyyətlə, Nemtsovu tanımıram”, - deyə o bildirib.

Lakin istintaqların birində aparılmış videoçəkiliş zamanı Dadayev özünü killer adlandırıb, Nemtsovun dalınca getdiyini və daha sonra ona 3 güllə sıxdığını, qalxmaq istəyərkən də daha 3 güllə atdığını deyib.

Həmin videoçəkilişin tam versiyası Rusiya mətbuatı tərəfindən yayılıb. Çəkilişdə Nemtsovun qətlində günahlandırılan Qubaşovun da ifadələri yer alıb.

Dadayev həbs olunandan sonra Çeçenistan lideri Ramzan Kadırovu Rusiyanın əsl vətənpərvəri, ölkəyə görə canını qurban verməyə hazır olan adlandırmışdı.

Dadayev və Qubaşev Nemtsovun müxalif fəaliyyətini Məhəmməd peyğəmbərə qarşı aparılan siyasət hesab ediblər. Amma sifarişin onlara kim tərəfindən verildiyini istintaq müddətində deməyiblər. Bildiriblər ki, buna özləri qərar verib.(axar.az)



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar