Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Goranboyda baş leytenant hərbçi xanımını qətlə yetirdi

Tarix: 30-10-2022 23:15     Baxış: 4376 A- / A+
Goranboyda baş leytenant hərbçi xanımını qətlə yetirdi
Bu gün Goranboyda ər arvadını qətlə yetirib.  

Hadisə rayonun qaçqınlar şəhərciyində baş verib.  N saylı hərbi hissədə xidmət edən hərbçi - baş leytenant 1994-cü il təvəllüdlü, Naxçıvan Muxtar Respublikasının Kəngərli rayon Qıvraq qəsəbəsində anadan olmuş Həsənli Bəbir İntiqam oğlu öz həyat yoldaşını, həmin hərbi hissədə işləyən qadın hərbi qulluqçusu - Gəncə şəhərində anadan olmuş 1993-cü il təvəllüdlü Babayeva Zəhra Cavid qızının bıçaqla başını kəsərək qətlə yetirib.

Həsənli Bəbir İntiqam oğlu Goranboy rayon Polis Şöbəsinə gedərək təslim olub. Bəbirlə Zəhra bir aydır ailə qurublar. Qətlin qısqanclıq zəminində törədildiyi bildirilir. 

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan faktı təsdiq ediblər. Baş inspektor, polis kapitanı Eşqin Qasımov bildirib ki, Goranboy rayon Polis Şöbəsinə bir nəfər qadının çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilməsi ilə bağlı məlumat daxil olub:

“Dərhal rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirib. Cinayəti törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı saxlanılıb.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb araşdırmalar davam etdirilir”. qafqazinfo 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar