Sizin Reklam Burada
Xəbər lenti
26-02-2025
25-02-2025
BÜTÜN XƏBƏRLƏR

Çavuş mübahisə etdiyi həyat yoldaşını GÜLLƏLƏDİ - Şəkil

Tarix: 29-10-2022 07:45     Baxış: 4266 A- / A+
Türkiyənin Ərzurum şəhərində dəhşətli hadisə baş verib.

32 yaşlı mütəxəssis çavuş Mehmet H. evdə mübahisə etdiyihəyat yoldaşı Gülcan H.-nin ayağından və qarnından tapança ilə atəş açıb.

Gülcan H. xəstəxananın reanimasiya şöbəsinə aparılarkən, təslim olan çavuş tutularaq həbsxanaya göndərilib. Mehmet H.-nin polis bölməsində dindirilməsi zamanı hadisənin necə baş verdiyini bildirib.

"Təhqir dolu cümlələr işlətdi. Həyat yoldaşımı ayaqlarına xəsarət yetirmək məqsədi ilə vurdum. Məqsədim öldürmək deyildi",-deyə Mehmet H. bildirib.

Dəhşətli hadisə iki gün öncə saat 21.00 radələrində Ərzurumun Aşkale rayonunda baş verib. 

Əri tərəfindən ayağından və mədəsindən güllə yarası alan və bir müəssisədə mühafizəçi işlədiyi təsbit edilən Gülcan H. Aşkale Dövlət Xəstəxanasında edilən ilk müdaxilənin ardından Ərzurum Atatürk Universiteti Araşdırma Xəstəxanasına aparılıb. Burada edilən əməliyyatla bədənindən 4 güllə çıxarılan Gülcan H. reanimasiya şöbəsində müalicə olunub. Müalicəsi davam edən Gülcan H.-nin həyati təhlükədən xilas olduğu öyrənilib. musavat.com

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar