Xəbər lenti
Toya gedən qonşusunun evinə girdi, qan töküldü

Hadisə Xətai rayonu ərazisində qeydə alınıb. Mühafizə olunan evlərdən birindən oğurluğa cəhd edilməsi barədə polisə siqnal daxil olub. Məlumat əsasında rayon Mühafizə Polis İdarəsinin əməkdaşları əraziyə yollanıblar.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən E. Hüseynzadə saxlanılıb.
Məlum olub ki, E. Hüseynzadə oğurluq etmək istədiyi ev sahibinin qonşusudur. Həmin gün də ev sahibi toyda olacaqmış. Bunu bilən E. Hüseynzadə əvvəldən qurduğu plan əsasında tamah məqsədilə qonşusunun evinə girib. Burada o, evdə işləyən usta ilə qarşılaşıb və əlbəyaxa olub. Yerdən götürdüyü küt alətlə ustanın əlini yaralayıb.
Polislərin gəldiyini görən E.Hüseynzadə dərhal öz evinə qaçaraq, zirzəmidə gizlənməyə çalışıb. Lakin o, saxlanılaraq, Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə təhvil verilib.
Araşdırmalar davam etdirilir. musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar