Sizin Reklam Burada
Xəbər lenti
30-05-2026
29-05-2026
BÜTÜN XƏBƏRLƏR

“Anam sizə əmanətdir” - Qəbiristanlıqda intihar edən gəncin son sözü

Tarix: 26-10-2022 12:21     Baxış: 3286 A- / A+
Ötən gün Şabran rayon sakini 1998-ci il təvəllüdlü Eldarov Heydər Rauf oğlu özünü rayon qəbiristanlığında asaraq intihar edib.
Manevr.az xəbər verir ki, modern.az-ın əldə etdiyi məlumata görə, 24 yaşlı gənc rayonun Mehdi Hüseynzadə küçəsində yerləşən mənzildə qeydiyyatda olub. 
H.Eldarovun özündən başqa iki bacısı var. Onların hər ikisi ailəlidir. 
Sakinlərin dediyinə görə, onların ataları Rauf Heydərov 5 il əvvəl ailəsini ataraq Bakıya gedib və bir müddət sonra paytaxtda tufeyli həyat tərzi keçirməyə başlayıb.
Anası ilə birlikdə yaşayan Heydər intihardan bir neçə gün əvvəl dostlarına “anam sizə əmanətdir, ona yaxşı baxın” deyərək vidalaşıb. Dostları bunun səbəbini soruşsalar da, Heydər bu haqda əlavə heç nə danışmayıb. 
Yaxınlarının verdiyi məlumata əsasən, Heydərin hər hansı problemi olmayıb, normal qaydada işləyərək anasına baxıb, dostları və qonşularına daim mehriban münasibət göstərib.
Heydərin özünü qəbiristanlıqda öldürməsinin səbəbi hələlik məlum deyil. Hazırda faktla əlaqədar araşdırma aparılır.
Mərhum bu gün Şabran rayonunda dəfn olunacaq.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar