Sizin Reklam Burada
Xəbər lenti
03-09-2025
BÜTÜN XƏBƏRLƏR

Qazaxda 700 nəfəri it dişləyib

Tarix: 25-10-2022 23:11     Baxış: 3287 A- / A+
Qazaxda 700 nəfəri it dişləyibQazax rayonunda son üç ayda 700 sakin sahibsiz itlərin hücumuna məruz qalıb.

Sonuncu belə hadisə Qazax şəhərindəki küçələrdən birində baş verib. Gündüz saatlarında küçə ilə hərəkət edən yaşlı qadına sahibsiz itlər hücum edib. Yaxınlıqdakı şəxslər qadını küçə itlərinin əlindən alıb. Xəsarət alan qadın xəstəxanaya yerləşdirib, tibbi yardım göstərilib.

Sakinlərin sözlərinə görə, Qazax rayonunda sahibsiz itlərin sayı günbəgün artmaqdadır. Son zamanlar it dişləməsi faktları da çoxalıb. Təkcə son 3 ay ərzində 700-ə yaxın sakin sahibsiz itlərin hücumuna məruz qalıb.

Qazax Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, it dişləməsi diaqnozu ilə xəstəxanaya müraciətlər artıq gündəlik hal alıb. Sakinlər sahibsiz itlərin artmasının səbəb kimi rayon ərazisində məişət tullantıları qablarının azlığını göstərirlər. Belə ki, toplanan tullantılar həm də itlərin yem mənbəyi rolunu oynayır, nəticədə sahibsiz itlər parklarda, bağlarda kütləvi şəkildə artaraq təhlükə mənbəyinə çevrilir. apa

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar