Sizin Reklam Burada
Xəbər lenti
18-09-2025
17-09-2025
BÜTÜN XƏBƏRLƏR

Şahdağ Milli Parkında UÇQUN

Tarix: 18-04-2017 16:33     Baxış: 3350 A- / A+
Şahdağ Milli Parkında


Şahdağ Milli Parkının ərazisində uçqun baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, aprelin 17-də səhər saat 4 radələrində Şahdağ Milli Parkının Qəbələ bölməsinin Vəndam meşəbəyliyinin 2 saylı dolayında, Qəbələ-Laza avtomobil yolunun 4,4-cü kilometrliyində yolun sol hissəsində uçqun baş verib. Hadisəyə səbəb bölgəyə yağan intensiv və güclü yağışlar olub.

Dərhal Milli Parkın əməkdaşları hadisə yerinə cəlb olunub və araşdırma aparılıb. İlkin məlumatlara görə uçqunun əhatə etdiyi ərazi yoldan 50-60 metr hündürlükdə olmaqla təxminən 4 sota yaxın meşə ilə örtülü olmayan ərazini əhatə edir. Hadisə ilə bağlı aidiyyəti üzrə məlumat verilib. Hazırda müvafiq qurumlar tərəfindən yolun bağlanmış hissəsinin açılması məqsədilə təmizləmə işləri aparılır.

Əraziyə nəzarət olunması üçün Şahdağ Milli Parkının işçiləri tərəfindən növbətçilik təşkil olunub.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar