Sizin Reklam Burada
Xəbər lenti
30-05-2026
29-05-2026
BÜTÜN XƏBƏRLƏR

Dövlət qurumunda polis mayoruna təpik-yumruq atanın cəzası bəlli oldu

Tarix: 19-10-2022 10:04     Baxış: 5308 A- / A+
Göyçayda sərxoş vəziyyətdə rayon icra hakimiyyəti başçısının kənd üzrə nümayəndəliyinin inzibati binasına gələrək heç bir əsaslı səbəb olmadan dövlət qurumunda nalayiq ifadələr işlədən, pəncərənin şüşəsini sındıran və hadisə yerinə gələn polisə xəsarət yetirən şəxsin məhkəməsi başa çatıb.
Manevr.az “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bu ilin aprelin 27-də qeydə alınıb.

Belə ki, rayonun Bığır kənd sakini Nursoltan Məmmədov rayon icra hakimiyyəti başçısının kənd üzrə nümayəndəliyinin inzibati binasına gələrək mübahisə yaradıb, bu zaman onu sakitləşdirməyə çalışaraq nizam-intizama dəvət edən sahə müvəkkili, polis mayoru Şahin Xalidovun qanuni tələblərinə məhəl qoymayaraq inzibati binanın divarına bərkidilmiş lövhəni sındıraraq bir hissəsi ilə sonuncuya xəsarət yetirib. Bundan başqa, N.Məmmədov polis mayoruna yumruq zərbəsi endirməklə yanaşı, onun kürək nahiyəsindən təpiklə də vurub.
Göyçay Rayon Məhkəməsinin hökmünə əsasən, 1994-cü il təvəllüdlü Nursoltan Məmmədov 2 il ay 6 müddətinə azadlıqdan məhrum edilib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar