Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

İntihar edən həkimin məktubu tapıldı

Tarix: 18-10-2022 22:39     Baxış: 4271 A- / A+

İki gün əvvəl Bakının Binə qəsəbəsində Milli Onkologiya Mərkəzinin həkimi, 33 yaşlı Rüstəm Maqsudovun intiharı ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Həyət evində qol və qarın nahiyəsinə kəsici alətlə xəsarətlər yetirən həkim hadisə vaxtı əlavə olaraq çoxsaylı dərman həblərini qarışdıraraq içibmiş.

Onun bu yolla ölümünü tezləşdirmək istədiyi ehtimal edilir.

O da məlum olub ki, R.Maqsudov ötən il ailə qurub. Lakin onun izdivacı uğursuz olub və 3 ay sonra boşanıb.

Paytaxtın Xətai rayonunda evi olan R.Maqsudovun vaxtaşırı Binədəki evə gedərək orada istirahət etdiyi bildirilir. Hadisədən sonra evdən onun vəsiyyətnaməsi tapılıb. 33 yaşlı həkim məktubunda ölümünüdə heç kimin günahkar olmadığını qeyd edib. O, şəxsi avtomobilini qardaşına bağışladığını da qeyd edib.

Xatırladaq ki, R.Maqsudov Tibb Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra 5 il (2015-2020-ci illər) Milli Onkologiya Mərkəzində rezident kimi fəaliyyət göstərib, ixtisaslaşmış xəstəxanada həkim kimi işini davam etdirib. O, intihar etməzdən 1 gün əvvəl işdə olub və günü normal keçirib. Faktla bağlı araşdırmalar davam etdirilir. axşam.az 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar