Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

İsveçdə 26 yaşlı azərbaycanlı nazir oldu

Tarix: 18-10-2022 17:11     Baxış: 4355 A- / A+

Cənubi Azərbaycandan olan 26 yaşlı gənc Ruminə Purmuxtari İsveçin iqlim və ətraf mühit naziri təyin olunub.
Manevr.az Report-a istinadən xəbər verir ki, o, hazırda İsveç hökumətində təmsil olunan ən gənc nazirdir.
1995-ci il noyabrın 12-də İsveçdə anadan olan soydaşımız Uppsala Universitetində siyasi elmlər sahəsi üzrə təhsil alıb. Ruminənin atası İbrahim Purmuxtari vaxtilə İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərindən siyasi baxışlarına görə təqib və təzyiqlərə məruz qaldığından İsveçə mühacirət edib.
R.Purmuxtari üç ildir İsveç Liberallar Partiyasında fəaliyyət göstərirdi və bu müddət ərzində paytaxt Stokholm bölgəsində mədəniyyət məsələlərindən məsul şəxs olub.
O, bir hekayələr toplusu kitabının müəllifidir.
Qeyd edək ki, Mühafizəkarlar Partiyasının lideri Ulf Kristersson oktyabrın 17-də İsveçin yeni Baş naziri seçib. O, parlamentdə Xristian Demokratlar Partiyası və Liberal Partiya ilə koalisiya hökuməti qurduğunu açıqlayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar