Xəbər lenti
Kürdəmir məktəbində qalmaqal - Şagirdlər həyəcan içərisində
Bir neçə gün öncə Kürdəmir rayonu E.Zülfüqarov adına Şilyan kənd tam orta məktəbində qəfil yoxlama aparılıb.
Manevr.az "bizimmedia.az"a istinadən xəbər verir ki, yoxlamada Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Məmmədov, icra hakimiyyətinin nümayəndələri və “press” geyimində iki “jurnalist” iştirak ediblər.
Onlar ibtidai sinif müəllimi Xatirə Əhmədovanın dərsinə girib və müəllimi çölə çıxarıblar.
Sinif müəllimi Xatirə Əhmədovanın dediklərindən: "Mənə qarşı təzyiqlərin səbəbkarı Ayxan Abdulov adlı şagirdin valideynləridir. Onlar 3 ildir mənə qarşı kampaniya aparırlar. Abdulovlar ailəsi ucbatından kənddə rahat yaşaya bilmirəm. Ayxanın valideynləri tərəfindən təzyiqə məruz qalıram və ölümlə hədələnirəm. Ayxan 4 ay davamlı məktəbə gəlməyib, gələndə də kitab-dəftəri olmur. Gah üstümə müvəkkili Elşən Həsənovu gətirir, gah məktəbdə xadimə işləyən bacısı gəlir, gah iti ilə məni qorxudur, gah da ov tüfəngi ilə qarşımı kəsir. Mən artıq intihar dərəcəsinə çatmışam. Bu gün də dərsim idi. Kürdəmir Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Məmmədov qəfil dərsimə girdi. Mənə dedi ki, “sən çıx, uşaqlarla dərs aparıram”. Bir neçə sual-cavabdan sonra dəhlizə çıxıb valideynlə oturub danışmağımı istədi. O valideyndən söhbətdən belə qorxduğumu bildirsəm də, təkid etdi ki, “sən o valideynin atasına da dərs deməlisən. Bu azmış kimi dəhlizdə qəfil gördüyüm jurnalist tərəfindən təhqir və təhdid olundum.
Jurnalistə özünü təqdim etməsini tələb etdim. O, isə “sənə kim olduğumu göstərərəm” dedi. Bilmirəm, o şəxslər həqiqətən jurnalistlərdirmi? Təhsil şöbə müdiri ilə birgə gəliblərmi? Niyə 2-ci sinif şagirdlərinin gözü qarşısında bütün bunlar baş verir? Hamısı qorxudan ağlayıb ki, polis müəllimimizi aparıb, başqa müəllim dərs keçməsin. 5 yaşından onlara ana olmuşam. Niyə bu yaşda onların psixologiyası pozulsun?”
Xatirə Əhmədovanın sözlərinə görə, baş verənlərə cavabdeh məktəbin direktoru Ülkər Quliyevadır:
“Ayxanın valideynlərini bu olaylara təhrik edən məktəbin direktorudur. Bu qədər şəxsi məktəbə buraxan və məni hər kəsin qarşısında alçaldan odur. Demək ki, məqsədi var. Ümumiyyətlə, direktor sahə müvəkkilini məktəbə tez-tez gətirir. Başqa bir müəllimlə də bir müddət əvvəl problem yaratmışdı.
Direktor belə qoçu valideynlərlə işləyir. Hansı müəllim haqqını tələb edib, bal söhbətini ortaya atsa, direktor onun üstünə problemli valideyni qaldırır. “Mənim hər yerdə, həbsxanada da tanışım var, hara şikayət edirsənsə et, media mənə nə edəcək" - deyir.
Məsələ ilə bağlı sözügedən məktəbin direktoru Ülkər Quliyeva bildirib ki, məsələdən xəbərdardır:
"Mən həmişə müəllimin tərəfindəyəm. Şəxsi problemlərin məktəbə sızmasının qarşısını almağa çalışıram və çalışacağam. Başqa heç bir şey deyə bilmərəm".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar