Xəbər lenti
3 nəfər qida zəhərlənməsindən ölüb - RƏSMİ AÇIQLAMA

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda 103 qida zəhərlənməsi baş verib ki, nəticədə 162 nəfər zərər çəkib, 3 nəfər ölüb.
Bu barədə gununsesi.info-ya Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.
Mərkəzdən bildirilib ki, yanvar-mart ayları ərzində 8 botulizm hadisəsi baş verib. Nəticədə 15 nəfər zəhərlənib.
Təkcə bu ilin mart ayı ərzində 36 qida zəhərlənməsi baş verib. Bu hadisələrdən 66 nəfər zərər çəkib.
Martda 1 botulizm hadisəsi baş verib ki, bundan da 1 nəfər zəhərlənib.
Qida zəhərlənmələrinin hamısı məişət şəraitində hazırlanan məhsullardan baş verib.
Qeyd edək ki, 2016-cı il ərzində Azərbaycanda 625 qida zəhərlənməsi baş verib, nəticədə 924 nəfər zəhərlənib. Ötən il 36 botulizm hadisəsi olub ki, nəticədə 55 nəfər zərər çəkib, 2 nəfər dünyasını dəyişib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































