Xəbər lenti
Kürdəmir məktəbinə BASQIN – Şagirdləri ağladan KİMDİR?
Bu gün Kürdəmir rayonu E.Zülfüqarov adına Şilyan kənd tam orta məktəbində qorxulu anlar yaşanıb. Qəfil məktəbə basqın edən Kürdəmir Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Məmmədov, icra hakimiyyətinin nümayəndələri və “press” geyimində iki “jurnalist” məktəbin ibtidai sinif müəllimi Xatirə Əhmədovun dərsini pozaraq, müəllimi dəhlizə çıxarıblar.
Müəllim “məni şagirdlərin gözü qarşısında alçalda bilməzsiniz” desə də dəhlizdəki “jurnalistlər”dən biri müəllimin üstünə hücum edərək onu təhqir və təhdid edib. Baş verən olayın səbəbi isə müəllimin Ayxan Abdulov adlı şagirdinin valideynlərinin 3 ildir ona həyatı dar etmələridir.
Manevr.az bildirir ki, bu iddialarla Bizim.Media-ya Kürdəmir rayonu E.Zülfüqarov adına Şilyan kənd tam orta məktəbin ibtidai sinif müəllmi Xatirə Əhmədova çıxış edib.
O, Abdulovlar ailəsi ucbatından kənddə rahat yaşaya bilmədiyini və hər gününü qorxu, stress içində keçirdiyini bildirib:
“Bu hadisə ilk deyil, illərdir ki, Ayxanın valideynləri tərəfindən təzyiqə məruz qalıram və ölümlə hədələnirəm. 3 ildir bu valideyn mənə problem yaradır. Ayxan 4 ay davamlı məktəbə gəlməyib.
Dərsə dəftər kitab gətirmir. Əsassız yerə gah ata, gah ana, gah da nənə məktəbə gəlir, məni şantaj edir, ölümlə hədələyirlər. Ayxanın atası Elşən Abdulov dəfələrlə sahə müvəkkili Elşən Həsənovu üstümə gətirib. Gah, məktəbdə xadimə işləyən bacısını göndərir, gah iti ilə qorxudur, gah da ov tüfəngi ilə qarşımı kəsir. Mən artıq intihar dərəcəsinə çatmışam. Bu gün də dərsim idi. Kürdəmir Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Məmmədov qəfil dərsimə girdi.
Mənə dedi ki, “sən çıx, uşaqlarla dərs aparıram”. Bir neçə sual-cavabdan sonra dəhlizə çıxıb valideynlə oturub danışmağımı istədi. O valideyndən söhbətdən belə qorxduğumu bildirsəm də, təkid etdi ki, “sən o valideynin atasına da dərs deməlisən”.
Bu azmış kimi dəhlizdə qəfil gördüyüm jurnalist tərəfindən təhqir və təhdid olundum. Jurnalistə özünü təqdim etməsini tələb etdim. O, isə “sənə kim olduğumu göstərərəm” dedi. Bilmirəm, ümumiyyətlə o şəxslər mediadandırlarmı?
Təhsil şöbə müdiri ilə birgə gəliblər ya, yox. Məktəb bu gün bir-birinə dəymişdi. Axı səhvim nədir? Niyə 2-ci sinif şagirdlərinin gözü qarşısında bütün bunlar baş verir? Hamısı qorxudan ağlayıb ki, polis müəllimimizi aparıb. Başqa müəllimə dərs keçməsin. 5 yaşından onlara ana olmuşam. Niyə bu yaşda onların psixologiyası pozulsun?”
Xatirə Əhmədovanın sözlərinə görə baş verənlərə cavabdeh məktəbin direktoru Ülkər Quliyevadır:
“Ayxanın valideynlərini bu olaylara təhrik edən məktəbin direktorudur. Bu qədər şəxsi məktəbə buraxan və məni hər kəsin qarşısında alçaldan odur. Demək ki, məqsədi var. Ümumiyyətlə direktor sahə müvəkkilini məktəbə tez-tez gətirir. Başqa bir müəllimlə də bir müddət əvvəl problem yaratmışdı.
Direktor belə qoçu valideynlərlə işləyir. Hansı müəllim haqqını tələb edib, bal söhbətini ortaya atsa, direktor onun üstünə problemli valideyni qaldırır. “Mənim hər yerdə, həbsxanada da tanışım var, hara şikayət edirsənsə et, media mənə nə edəcək? - deyir.
Ülkər Quliyeva 2 ildir direktor əvəzi işləyir. Əvvəl məktəb direktoru həyat yoldaşı idi. korrupsiyaya görə çıxarıldı. Pandemiya vaxtı Ayxanın valideynini maskasız sinfə buraxmışdı. Hətta onun otağında valideyn mənə “səni gülləliyərəm” demişdi. Direktorun otağında cəsarətə baxın. Məsələ rayon prokurorluğuna qədər gedib çıxıb. Maraqlıdır ki, nə bu olayların baş verməsinə imkan verən direktor, nə də valideyn barədə məsuliyyət görülür”.
Şikayətçi kənddə Elşən Abdulovun problemli şəxs kimi tanınndığını da qeyd edib:
“Eşitdiyimə görə həyat yoldaşını çölə çağırıb. Qadın isə onu eşitməyib. İçəri girib ki, yoldaşı seriala baxır. Ov tüfəngi ilə televizorun ekranına atəş açıb. Özünə “dəli Elşən” deyir və o addan istifadə edir. Kənddə silahla gəzir və qanunla icazəsi olduğunu bildirir. Bir dəfə həmin silahı mənə tuşlayıb. Evə qədər ayaqlarım əsib. Bu gün isə müəllim yoldaşlarım da şahiddir ki, qorxudan təzyiqim qalxmışdı. Mən artıq rahat yaşaya bilmirəm.
Hər gün qorxu içində dərs demək olar? Sinfin valideynləri direktorun yanına gəlmişdilər. Onlar da öz uşaqlarına görə qorxurlar və psixlogiyalarının korlanmasından narahatdırlar. Oğlum əsgərdir, son döyüşlərdən sonra böyrəyində naməlum xəstəlik baş qaldırıb. Hazırda Hərbi Hospitalda müalicə alır.
Mənə imkan verilmir ki, uşağımın dərdi ilə maraqlanım. Oğlum düşmənlə belə valideynlərə görə döyüşüb ki, onun anasını belə incitsinlər? Halbuki Elşən Abdulovla qardaşı hərbi xidmətdən yayınıb. Aidiyyəti qurumlardan bu məsələyə çözüm istəyirəm”.
Məsələ ilə bağlı sözügedən məktəbin direktoru Ülkər Quliyeva ilə əlaqə yaratdıq. O, saytımıza açıqlamasında məsələdən xəbərdar olduğunu bildirib:
“Mən həmişə məktəbimin müəllimimin tərəfindəyəm. Şəxsi problemlərin məktəbə sızmasının qarşısını almağa çalışıram və çalışacağam. Başqa heç bir şey deyə bilmərəm. Bu məsələdən regional təhsil sektorunun da xəbəri var. Çox sağ olun, mənim iş vaxtım bitib”.
Əlavə olaraq onlarla valideyn saytımıza müraciət edərək, Ayxan Abdulovun valideynləri barədə tədbir görülməsini tələb ediblər:
“Ayxanın valideynləri hər gün sinfə basqın edir. O müəllimənin nə günahı var? Normal dərsini keçir və onun sayəsində övladlarımız savadlanır. Müəllim də, uşaqlar da qorxudulur. Uşaqlar evə şok içində gəliblər. Durmadan ağlayıb, gördüklərini unuda bilmirlər. Bir uşağa görə niyə 28 şagird əziyyət çəkməlidir. Ya Ayxan o sinifdən çıxmalıdır, ya da bu işə birdəfəlik əncam çəkilməlidir. Problem həll olunmasa, kollektiv surətdə Elm və Təhsil Nazirliyinə üz tutacağıq”, - deyə müraciətlərdə qeyd olunub.
Qeyd edək ki, Kürdəmir Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Məmmədov və iddia olunan valideyn, eləcə də jurnalistlərlə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmayıb.
Adıçəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Mövzunu diqqətdə saxlayacağıq...

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar