Sizin Reklam Burada
Xəbər lenti
03-02-2026
02-02-2026
BÜTÜN XƏBƏRLƏR

“Şəhid Səbuhinin qardaşı iki dəfə intihara cəhd edib...” - SƏBƏB+DETALLAR

Tarix: 14-10-2022 11:04     Baxış: 5213 A- / A+
“Şəhid Səbuhinin qardaşı iki dəfə intihara cəhd edib...” - SƏBƏB+DETALLAR 
“Uşaq evində böyüyən şəhidimiz Səbuhinin qardaşı Sənan yeganə ailə üzvünün itkisi ilə barışmadığından və özünə qarşı baş verənlərin dözülməzliyindən bezərək iki dəfə intihara cəhd edib. Təəccüblüsü odur ki, bütün bunların baş verə biləcəyi əvvəldən bilinirdi. Sənan maarifləndirilməliydi, hüquqları izah edilməliydi, ondan sui-istifadə edilməsinin, təxribatçı qrupların onunla işbirliyinə girişməsinin qarşısı alınmalıydı”.
 
Manevr.az
sfera.az-ya istinadən bildirir ki, bunu şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb. O bildirib ki, bunlara baxmayaraq, artıq hər şey yaxşılığa doğru gedir:
 
“Sənana şəhid qardaşının sığorta pulu, dəfn pulu və Heydər Əliyev Fondundan yardım verilib. Sənan və Səbuhinin bank borcları bağlanıb. "Forma pulu" və Səbuhinin qalıq maaş, məzuniyyət pulunun verilməsilə bağlı sənədlər hazırlanır. Yas mərasimi zamanı “Tik-Tok”çu və bloqqerlərin topladığı pullar onlardan geri alınaraq Sənana verildi. Bir dostumuz kirayə puluna kömək edir”.
E.İsmayıloğlu qeyd edib ki, hazırda Sənanın ev və iş problemi qalır: “Ev məsələsi də yəqin ki, tezliklə həll ediləcək. Sənan "Kontakt Home"un anbarında fəhlə işləyir. Ümid edirəm ki, o, normal bir işlə də təmin ediləcək”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar