Sizin Reklam Burada
Xəbər lenti
16-05-2024
15-05-2024
BÜTÜN XƏBƏRLƏR

Almaniyada naziri qaçırmaq istəyən qruplaşmanın lideri saxlanıldı

Tarix: 14-10-2022 07:09     Baxış: 3207 A- / A+
 Almaniyada hüquq-mühafizə orqanlarının əməkdaşları terrorçu qruplaşmanın rəhbərini saxlayıb.

Terrorçu qruplaşmanın federal hökuməti devirmək və Almaniyanın səhiyyə naziri Karl Lauterbaxı oğurlamaq niyyətində olduğu bildirilir.

Bu barədə Almaniya Baş Prokurorluğu məlumat yayıb.

“Almaniya Baş Prokurorluğu həbs qərarı əsasında... Almaniya vətəndaşı Elizabet R.-i saxlayıb”, - deyə məlumatda qeyd edilir.

Qurumdan bildirilib ki, almaniyalı qadın Saksoniya polisinin köməkliyi ilə Reynland-Pfals dövlət kriminal polis idarəsinin əməkdaşları tərəfindən Mərkəzi Saksoniya rayonunda saxlanılıb.

Mövcud məlumatlara görə, Almaniya vətəndaşı federal hökuməti devirməyi, həmçinin Almaniya Səhiyyə Nazirliyinin rəhbərini qaçırmağı planlaşdıran, hətta zərurət yaranarsa nazirin mühafizəçilərini öldürməyi nəzərdə tutan terror təşkilatının rəhbəri olmaqda şübhəli bilinir.

Qeyd olunur ki, şübhəli şəxs həmfikirlərini öz sıralarına cəlb edib, həmçinin qruplaşma üçün silah və partlayıcı maddələr əldə edib. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar