Sizin Reklam Burada
Xəbər lenti
05-02-2025
04-02-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda polisin üzərinə pitbul qısqırdan şəxslər həbs edildilər

Tarix: 13-10-2022 22:28     Baxış: 3410 A- / A+
Azərbaycanda polisin üzərinə pitbul qısqırdan şəxslər həbs edildilərYevlaxda itlə gəzən şəxslər polis tərəfindən saxlanılıblar, bu zaman onlar pitbul cinsli iti polislərin üzərinə qısqırdıblar.

Hadisə bir neçə gün əvvəl rayonun Bakıxanov küçəsində baş verib.

İttihama görə, gecə saat 03 radələrində it ilə küçədə piyada hərəkət edən şəxsləri görən polis əməkdaşları onlara yaxınlaşıblar. Bu saatlarda onların küçədə və itlə gəzməsinin şübhəli olduğunu bildirən polislər həmin şəxsləri sorğu-sual edib, şəxsiyyətlərini müəyyən etməyə, küçədə hansı məqsədlə olmalarına aydınlıq gətirməyə çalışıblar. Bu zaman həmin şəxslər mübahisə yaradaraq xidmət başında olan əməkdaşların tələblərinə qarşı çıxıblar. Onlar yanlarında olan pitbul cinsli iti polislərin üzərinə qısqırdıblar.

Bundan sonra ərazidəki polislərin köməkliyi ilə həmin şəxslər saxlanılıblar. Polis şöbəsinə gətirilən şəxslərin Yevlax şəhər sakinləri: 1988-ci il təvəllüdlü E. Kazımov və 1995-ci il təvəllüdlü F.Quliyev olması müəyyən edilib. Onların barəsində protokol tərtib edilərək Yevlax Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə F.Quliyevə 8, itin sahibi olan E.Kazımova isə 15 sutka inzibati həbs cəzası verilib. big.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar