Diasporla İş üzrə Dövlət Komitəsinin müdaxiləsi nəticəsində Azərbacan vətəndaşı Tərlan Mustafayev Rusiyanın Həştərxan vilayətində saxlanıldığı girovluqdan azad edilib.
Manevr.az bildirir ki, bu barədə Komitədən məlumat verilib.
Məsələ ilə əlaqədar Azərbaycan vətəndaşı İsmayıl Mustafayev Komitəyə müraciət edərək bildirib ki, oğlu Tərlan Mustafayev aldadılaraq iş adamları ilə görüşmək adı ilə Həştərxana göndərilib. Amma məlum olub ki, Tərlan Mustafayevi göndərən şəxsin Həştərxandakı iş adamlarına külli miqdarda borcu olub. Şimali Qafqaz xalqlarına mənsub olan həmin iş adamları bu səbəbdən Tərlanı girov kimi saxlayıblar. Ata övladının iki aydır Həştərxanın Privoljoskiy rayonunda təsərrüfat sahəsində qanunsuz saxlanıldığını və qul kimi işlədildiyini bildirib.
Komitənin dərhal Həştərxan vilayəti Azərbaycanlılarının Milli-Mədəni Cəmiyyətinin sədri Vahid Rəhimovla əlaqə saxlaması nəticəsində məsələ araşdırılıb. Cəmiyyət sədri Həştərxanda fəaliyyət göstərən Dağıstan nümayəndəliyinin üzvləri ilə birgə soydaşımızın saxlanıldığı yerə gedib və danışıqlardan sonra onun girovluqdan azad edilməsinə nail olub.
Azadlığa qovuşan Tərlan Mustafayev vəziyyətinin qənaətbəxş olduğunu söyləyib, Azərbaycan diasporuna və Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlığını bildirib.
Soydaşımız Həştərxan vilayəti Azərbaycanlılarının Milli-Mədəni Cəmiyyətinin sədri Vahid Rəhimovun vasitəsilə Azərbaycana yola salınıb.
Xəbər lenti
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar