Xəbər lenti
Krım körpüsünü partladan yük maşını Ermənistana necə daxil olub? – Detallar məlum oldu
Ermənistanın Dövlət Gəlirləri Komitəsi (DGK) bu gün Krım körpüsündə baş verən partlayışla bağlı məlumatlara dair təfərrüatları təqdim edib.
“Xüsusən də yük maşından boşaldılmadan polietilen plyonka rulonlarından birinin plyonka stratiqrafiyası yoxlanılıb. Yanlış təsnifatla bağlı heç bir problem aşkar edilməyib və gömrük orqanı malları buraxıb.
Bu mərhələdən sonra problemli yük Avrasiya İqtisadi İttifaqı malı statusu alıb və deklarantın rəhbərliyinə təhvil verilib. Gündəlik təcrübədə Aİİ qanunvericiliyi ilə müəyyən edilmiş sadə proses baş verib”, - Ermənistan Dövlət Gəlirləri Komitəsinin məlumatında deyilir.
Malın Rusiyaya həmin gürcü avtomobilində aparıldığı, sürücüsünün Ermənistan və Gürcüstan vətəndaşı Artur Tercanyan olduğu qeyd edilir.
“Bu malı daşıyan yük maşını kamera obyektivinin baxış sahəsində olub. Ermənistan Respublikasına idxalın və Rusiyaya daşınmasının gömrük prosesləri tam başa çatana qədər boşaldılmayıb, başqa mallarla daşınmayıb və yüklənməyib.
Bu yükün Ermənistan ərazisinə daxil olması, gömrük nəzarəti, rentgen müayinəsi, gömrük rəsmiləşdirilməsi, sənədləşdirilməsi, ixracı prosesləri lazımi qaydada və qanuni şəkildə həyata keçirilib, Ermənistan Respublikasına giriş və çıxış vaxtı yükün fiziki, rentgen müayinəsi zamanı hər hansı risk faktoru aşkar edilməyib” – deyə məlumatda bildirilir./publika.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar