Xəbər lenti
Kürdəxanıda 23 yaşlı qızın törətdiyi dəhşətli qəzanın detalları - Şəkillər

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, ilkin araşdırmalar zamanı qəzanı törədən 1999-cu il təvəllüdlü Əhmədova İlkanə Rəsul qızının sərxoş olmadığı müəyyən edilib:
“Oktyabrın 10-u saat 17:20-də Kürdəxanı şosesi, Əjdər Məlikov küçəsində yerləşən “Nail Market”in qarşısında İ.Əhmədova idarə etdiyi “Chevrolet Malibu” markalı avtomobili yolun sağında dayanmış vəziyyətdə olan “Audi” və “Mitsubishi” markalı avtomobillərə çırpıb.
Nəticədə avtomobilin yanında dayanmış “Mitsubishi”nin sürücüsü, 1984-cü il təvəllüdlü Umudov Fəxri Məzahir oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı avto-texniki ekspertizalar təyin edilib. Qəza vaxtı “Chevrolet Malibu”nun hansı sürətlə hərəkət etməsi ekspertizanın rəyindən sonra məlum olacaq”.
Qeyd edək ki, dəhşətli hadisə nəticəsində həlak olan 38 yaşlı F.Umudov müxtəlif şirkətlərdə çalışıb. O, son olaraq istixana kompleksində mühəndis kimi fəaliyyət göstərirmiş. qafqazinfo
Manevr.az


Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar