Sizin Reklam Burada
Xəbər lenti
26-02-2025
25-02-2025
BÜTÜN XƏBƏRLƏR

Saakaşvili məhkəmə iclasında huşunu itirdi

Tarix: 06-10-2022 09:10     Baxış: 3250 A- / A+

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Tbilisinin "Vivamed" özəl klinikasında baş verən sərhədi qanunsuz keçmə işi üzrə məhkəmə iclası zamanı huşunu itirib.
Bu barədə siyasətçinin amerikalı vəkili Massimo Danqelo məlumat yayıb.
"Bu gün bizə məlum oldu ki, sabiq prezident Saakaşvili dünən prokurorluq nümayəndələri onun otağına soxularaq məhkəməni təşkil etməyə cəhd etdikdən sonra yüksək qan təzyiqindən huşunu itirib", - vəkil bildirib.
Danqelonun sözlərinə görə, Saakaşvili amerikalı nevroloq tərəfindən yoxlanılıb və həkim narahatedici vəziyyətin olduğunu deyib.

"Əlbəttə, hələlik detallar barədə danışa bilmərik, lakin hazırda qeyd edə bilərik ki, cənab Saakaşvilinin səhhəti xeyli pisləşib", - vəkil əlavə edib.
Qeyd edək ki, Saakaşvilinin xəstəxanada məhkəməsi çərşənbə axşamı keçirilib. Prokuror Levan Vepxvadze məhkəmə prosesi başa çatdıqdan sonra müttəhimin ifadə verməkdən imtina etdiyini deyib.
Vəkillər də öz növbəsində sabiq prezidentin xəstələndiyi üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini iddia ediblər. Sərhədi qanunsuz keçmə ilə bağlı növbəti məhkəmə prosesi oktyabrın 19-na təyin edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar