Xəbər lenti
Bakıda şagirdlərə şəhid ehsanı adı ilə narkotik paylanılır?
Sosial şəbəkələrdə Xətai rayonu 95 nömrəli məktəbdə şagirdlərə konfet adı ilə narkotik maddə paylanılması haqqında məlumat paylaşılıb.
Manevr.az Bakupost.az-a istinadən xəbər verir ki, məlumatı paylaşan valideyn iddia edib ki, dərsdən çıxan şagirdlərə məktəbin qarşısındakı naməlum şəxs konfet paylayıb. Uşaq götürmək istəmədikdə isə o, "şəhid üçün verilən ehsandır, əgər götürməsən şəhidin ruhu səndən inciyər" deyib. Şagird konfeti evə gətirərək anasına verib. Konfeti açanda məlum olub ki, onun içərisindəki narkotik maddədir.
Baş verənlərlə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır.
***
Bakıda şagirdlərə konfet kağızına bükülmüş şəkildə narkotik paylanması xəbəri doğrul deyil.
Bu barədə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, məktəblərdən birində şagirdlərə guya konfetə bükülmüş formada narkotik vasitələrin paylanıldığı barədə sosial şəbəkələrdə yayılan görüntülər polis əməkdaşları tərəfindən dərhal nəzarətə götürülüb:
"Aparılmış araşdırmalar zamanı qeyd edilən görüntünün Xətai rayonundakı məktəblərin birində təhsil alan 12 yaşlı şagird tərəfindən çəkildiyi müəyyən edilib. Həmin şagird valideyninin iştirakı ilə aparılan profilaktiki söhbətə cəlb olunub. O, konfetin üzərinə müxtəlif ədviyyatlar qataraq qeyd edilən fotonu çəkdiyini bildirib.
Daha sonra guya “narkotik”in məktəbin ətafında tanmadığı şəxs tərəfindən ona verildiyi barədə yalançı təəssürat yaradaraq həmin məlumatı sosial şəbəkələrdə məhşurlaşmaq üçün yayıb.
Sonda valideynlərdən sosial şəbəkələrdə və Vatsap qruplarında özündə heç bir reallığı əks etdirməyən həmin məsələ barədə olan səs yazılarına etibar etməməyi və yaymamağı xahiş edirik.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar