Sizin Reklam Burada
Xəbər lenti
09-05-2024
08-05-2024
BÜTÜN XƏBƏRLƏR

İtkin düşən kişinin MEYİTİ TAPILDI: öldürüb basdırdı

Tarix: 04-10-2022 11:12     Baxış: 4234 A- / A+


İtkin düşən kişinin  MEYİTİ TAPILDI:   öldürüb basdırdı
Sumqayıtda qətl hadisəsi olub.
Şəhər Prokurorluğundan verilən xəbərə görə, sentyabrın 14-ü Sumqayıt şəhər Polis İdarəsinə 81 yaşlı Nadir Rzayevin itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında aparılmış istintaq-əməliyyat tədbirləri ilə sonuncunun qəsdən öldürülməsi müəyyən olunub.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla zərərçəkmişin tanışı 45 yaşlı Samir Abbasovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nadir Rzayevi boğaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Samir Abbasov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir.
Daxili İşlər Nazirliyindən  verilən məlumata görə isə Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə cari il avqustun 14-də 81 yaşlı Nadir Rzayevin Sumqayıt şəhərində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmaması barədə müraciət daxil olub.
Polis əməkdaşları tərəfindən onun yerinin müəyyən olunub tapılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirlərinə başlanılıb. 
Oktyabrın 3-də saat 19 radələrində N.Rzayevin üzərində zorakılıq əlamətləri olan meyitinin evinin həyətində basdırılmış vəziyyətdə tapılması ilə əlaqədar şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər keçirilib. İstintaq-əməliyyat tədbirləri ilə Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Samir Abbasovun N.Rzayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən olunub.  
S.Abbasov polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib. 
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.lent.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar