Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Rusiyada uşaqlara qarşı zorakılıqda şübhəli bilinən erməni saxlanıldı

Tarix: 03-10-2022 22:22     Baxış: 3337 A- / A+
İstintaq Komitəsinin Krasnodar diyarı üzrə əməkdaşları uşaqlara qarşı cinsi xarakterli zorakılıq hərəkətləri etməkdə şübhəli bilinən Ermənistan vətəndaşını saxlayıblar.

Manevr.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu yaxınlarda Krasnodara köçmüş Ermənistan vətəndaşı şəhərin mərkəzində saxlanılıb.

Yerli KİV-in yaydığı məlumata görə, ilk hadisə Rostov şosesində baş verib, şirniyyat üçün mağazaya gedən oğlan az qala şübhəli şəxsin qurbanı olub. Uşaq baş verənlər haqqında evə qayıdandan sonra anasına danışıb.

Uşağın sözlərinə görə, şübhəli şəxs cinsi əlaqəyə girmək müqabilində ona pul və şirniyyat təklif edib. Uşağın anası oğlunun baş vermiş hadisə ilə bağlı ona danışdıqlarından sonra internet vasitəsilə məlumatı yayıb və ərizə ilə polisə müraciət edib.

“Oğlan şübhəli şəxsi tanıyıb. Hazırda o, saxlanılıb. Uşaqla psixoloq işləyib. Saxlanılan şəxsin Krasnodarda artıq Rusiya vətəndaşlığını almış qardaşı var. Onun, həmçinin iki övladı və hamilə arvadı da var”, - mətbuatda deyilir.

Şübhəli şəxs ailəsi ilə birlikdə Rostov bağlarında yaşayır, həmyerliləri qonşunun günahkar olmasına inanmırlar və oğlanın bütün hekayəni uydurduğunu bildirirlər. İndi onlar polisə kömək edənlərə hədə-qorxu gəlməklə, bütün mümkün olan vasitələrlə istintaqa müdaxilə etməyə çalışırlar. Şübhəli şəxsi 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar