Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Hərbçimiz ağır qəzada öldü

Tarix: 15-04-2017 13:08     Baxış: 4422 A- / A+
Hərbçimiz ağır qəzada öldü


Qəbələ rayonunda bir nəfərin ölümü, iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.


Manevr.az-ın İstipress-ə istinadən məlumatına görə, hadisə gecə saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda, Qəbələ rayon Nohurqışlaq kəndi ərazisində qeydə alınıb.

Belə ki, Qəbələ rayonu Vəndam qəsəbə sakini, 22 yaşlı Fərid Nəbiyevin idarə etdiyi "VAZ 2109" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yolun kənarındakı ağaca çırpılıb.

Qəza zamanı sürücü Fərid Nəbiyev aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib, avtomobildəki iki sərnişin, Vəndam qəsəbə sakinləri, 21 yaşlı Fərid Həlimov və 27 yaşlı Mübariz Niftəliyev aldığı zərbə ilə Qəbələ rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ağır vəziyyətdə olan Fərid Həlimov reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə vaxtı dünyasını dəyişən çavuş Fərid Nəbiyev Daxili Qoşunların Qəbələ rayonundakı hərbi hissəsində xidmət edib. Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar