Xəbər lenti
Yol polisini avtomobil vurdu

Bakıda yol hərəkətini tənzimləyən polis əməkdaşını avtomobil vurub.
Manevr.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında paytaxtın Neftçilər proskpekti, "Kukla" teatrının yaxınlığında qeydə alınıb.
Belə ki, polis serjantı Ağamalıyev Ramin Rasim oğlu həmin ərazidə xidmət apararkən hərəkətdə olan avtomobil onu vurub. Yaralı dərhal Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalına yerləşdirilib, vəziyyəti normaldır.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli "report"-un sorğusuna cavab olaraq bildirib ki, hazırda faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır: "Yaralı polis serjantı hospitala yerləşdirilib və nəzarətə götürülüb".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar