Sizin Reklam Burada
Xəbər lenti
07-05-2024
06-05-2024
BÜTÜN XƏBƏRLƏR

İki rayonda ƏMƏLİYYAT: 22 nəfər saxlanıldı - VİDEO

Tarix: 28-09-2022 19:44     Baxış: 4218 A- / A+
İki rayonda BÖYÜK ƏMƏLİYYAT: 22 nəfər saxlanıldı - VİDEO
Masallıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar keçirilib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumatlar əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində son 1 ay ərzində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 18 nəfər saxlanılıb. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış narkotik vasitə aşkar edilərək götürülüb.
 
Faktlarla bağlı Masallı rayon Polis Şöbəsində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Həmçinin Xəzər rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı Şüvəlan qəsəbəsində yaşayan narkotik maddələrin satışı ilə məşğul olan İntiqam Şeydayev, Araz Rzayev, qardaşı Ceyhun Rzayev və Rəşad Bağırov tutularaq istintaqa təqdim ediliblər. Həmin şəxslərin üzərinə və yaşadığı evlərə baxış zamanı 4 kiloqrama yaxın heroin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları xarici ölkələrdən birində yaşayan narkotacirlərdən onlayn yolla satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
 
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, istintaq hərəkətləri davam etdirilir. 
 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar