Sizin Reklam Burada
Xəbər lenti
02-09-2025
01-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ukraynada həbsdə olan qazimizlə bağlı ŞAD XƏBƏR: Qərar ləğv edildi

Tarix: 27-09-2022 21:50     Baxış: 4307 A- / A+
Ə
"Bu gün Kiyev apellyasiya məhkəməsində Qarabağ qazisi Misir Qasımlının işində ilk qələbəmizi qazandıq".
Manevr.az xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavad məlumat verib.
O bildirib ki, apellyasiya məhkəməsi Obuxov məhkəməsinin 18.05.2022 tarixli qərarını ləğv edib:
"Bu isə bizə Obuxov məhkəməsində gələn aya təyin olunan proseslərdə böyük üstünkük verir.

Ümid edirəm ki, oktyabr ayının sonunda Misirlə bağlı məhkəmə prosesi bizim xeyrimizə bitəcək və qazimiz azadlığa çıxacaq".
Qeyd edək ki, azərbaycanlılar Kiyevdə erməni əsilli İspaniya və Britaniya vətəndaşı olan iş adamının şikayəti əsasında saxlanılıb. Onlara qarşı adam oğurluğuna cəhd və soyğunçuluq maddələri ilə ittiham irəli sürülsə də, 1 ildən çoxdur ki, sübut olunmur. M.Qasımlı və S.Quliyev Ukraynada paytaxt Kiyevdə istintaq təcridxanasında saxlanılırlar. Hazırda onların məhkəmə iclası davam edir. Hər iki şəxs sentyabrın 5-dən aclıq aksiyasına başlayıb./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar