Sizin Reklam Burada
Xəbər lenti
26-02-2025
25-02-2025
BÜTÜN XƏBƏRLƏR

Gədəbəydə 15 yaşlı qızı qaçırıb cinsi əlaqədə olan şəxs həbs edilib

Tarix: 26-09-2022 22:21     Baxış: 4293 A- / A+
15 yaşlı qızı qaçırıb cinsi əlaqədə olan şəxs həbs edilibGədəbəy rayonunda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan şəxs həbs edilib.

Rayonun Çobankənd sakini olan 2001-ci il təvəllüdlü Xanlar Əsgərov (soyad şərtidir) 2007-ci il təvəllüdlü, Şahdağ kənd sakini olan sevgilisi Kəmalə Əliyevanı bu ilin 6 mart tarixində qaçırıb.

Kəmalə ailə üzvləri ilə tanış olub, onlarla birgə yaşamağa başlayıb. Bundan sonra Xanlar Kəmalə ilə ər-arvad münasibətlərində olmaqla birgə yaşamağa başlayıb. O, yeniyetmə qızla bir neçə dəfə cinsi əlaqədə olub.

Məhkəmədə ifadə verən yeniyetmənin anası bildirib ki, Xanlar 2022-ci ilin əvvəllərindən etibarən qızı Kəmalə ilə ailə qurmaq istəyib:
"Qızım Kəmalə 16 yaşına çatmadığı üçün evlənməsinə razılıq vermədik. Buna baxmayaraq, 6 mart 2022-ci il tarixdə gecə saatlarında Kəmalə Xanlarla əvvəlcədən danışıb razılaşaraq evdən qaçıb. Kəmalənin qaçdığını biləndən sonra Xanların valideynləri ilə söhbət etdik. Kəmalə artıq qaçdığı üçün geri qaytarmağa cəhd göstərmədik. Həmin gündən sonra isə Kəmalə ilə Xanlar ər-arvad münasibətlərində yaşamağa başlayıblar. Hazırda onlar normal ailə kimi yaşayırlar və çox xoşbəxtdirlər".

Gədəbəy Rayon Məhkəməsinin hökmü ilə X.Əsgərov Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və ona bir il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. unikal.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar