Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Terrorçuluğa açıq çağırışlar edən şəxs həbs edildi

Tarix: 26-09-2022 10:00     Baxış: 4231 A- / A+




2018-ci il iyulun 10-da Gəncə şəhərində radikal diniyönümlü bir qrup şəxs tərəfindən ictimai asayişin pozulmasına yönələn zorakılıq aktları, hakimiyyət nümayəndələrinə silahlı müqavimət göstərilməsi, müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməsi, iki polis zabitinin qəsdən öldürülməsi ilə müşayiət olunan kütləvi iğtişaşlar törədilməsi ilə bağlı cinayət işləri üzrə ədalət mühakiməsini həyata keçirmiş hakimlərin fotoşəkillərini müxtəlif sosial şəbəkələrdə paylaşmaqla, onlardan qisas alınaraq öldürülmələrinə çağırış edilməsi, eləcə də həmin faktla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsindən daxil olmuş məlumatla əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətində müvafiq araşdırmalar aparılmışdır.
DTX-dan verilən xəbərə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2-ci (Terrorçuluğa açıq çağırışlar) maddəsi ilə başlanılmış cinayət işi üzrə aparılmış kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində "Facebook" sosial şəbəkəsində Gəncə şəhərində baş vermiş kütləvi iğtişaşlara görə hökm çıxarmış hakimlərin fotoşəkillərinin əks olunduğu paylaşımlarda onların gizlin şəraitdə öldürülmələrinə dair yazılar yerləşdirməklə ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyəti orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə cinayət işləri üzrə ədalət mühakiməsini həyata keçirmiş hakimlərin həyatına sui-qəsd etməyə açıq çağırışların xarici ölkə vətəndaşı Bayramov Mühəndis Alyoşa oğluna məxsus sosial şəbəkə profilindən edilməsi müəyyən olunmuş və onun barəsində axtarış elan edilmişdir.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş tədbirlərlə Mühəndis Bayramov saxlanılaraq həbs edilmiş və barəsində aparılan cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilmişdir.
Ölkədə ictimai təhlükəsizliyi təhdid edən, ədalət mühakiməsinə və dövlət orqanlarının fəaliyyətinə qarşı yönələn bu cür əməllərlə bağlı zəruri hüquqi tədbirlər bundan sonra da davamlı olaraq həyata keçiriləcəkdir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar