Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

İranda etiraz aksiyalarında öldürülənlərin sayı 41 nəfərə çatdı

Tarix: 25-09-2022 12:26     Baxış: 3252 A- / A+




İranda 22 yaşlı Məhsa Əmininin hicab qaydasını pozduğuna görə əxlaq polisi tərəfindən öldürülməsindən sonra ölkə daxilində davam edən etiraz aksiyaları zamanı öldürülənlərin sayı 41 nəfərə çatıb.
Manevr.az report-a istinadən xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

Dövlət televiziyasında yayımlanan xəbərə görə, ölkə daxilində baş verən etirazlarda polis əməkdaşları və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Besiç" əməkdaşları da daxil olmaqla 41 nəfərin həyatını itirdiyi açıqlanıb. Bununla yanaşı, ölkə daxilində ölənlərin sayı ilə bağlı İran rəsmiləri tərəfindən rəsmi açıqlama veriləcəyi də vurğulanıb.
Qeyd edək ki, hadisə sentyabrın 13-də İranın paytaxtı Tehranda baş verib. Hicab qaydalarına əməl etmədiyi üçün əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin öldürülməsindən etiraz aksiyalarına start verilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar