Sizin Reklam Burada
Xəbər lenti
26-02-2025
25-02-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda dəhşətli qəzada ölənlərin adları AÇIQLANDI - ŞƏKİL

Tarix: 23-09-2022 16:57     Baxış: 5288 A- / A+
Bakıda dəhşətli qəzada ölənlərin adları AÇIQLANDI - FOTO
Bu gün Bakıda 2 piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
 
Manevr.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Firdovsi Eyvazov idarə etdiyi “KamAZ” markalı, 99-XD-495 dövlət qeydiyyat nişanlı yük maşını ilə piyadaları vurub.
 
Nəticədə Dövlət Gömrük Komitəsinin əməkdaşı, 1975-ci il təvəllüdlü Mikayılova Əntiqə Usubalı qızı və Dövlət Gömrük Komitəsinin Akademiyasının 2-ci kurs tələbəsi, 2004-cü il təvəllüdlü Əzizli Elvin Şahin oğlu hadisə yerində vəfat edib. İlkin araşdırmalar zamanı məlum olub ki, hadisə hər iki şəxs avtobusdan düşdükdən sonra baş verib. Onlar ictimai nəqliyyatdan düşəndən sonra svetaforun qarşısından yolu keçməyə çalışıblar. Bu zaman yük maşını hərəkətini dayandıra bilməyərək onları vurub. 
 
Bakı şəhər BPİ-nin Dövlət Yol Polisi İdarəsindən “Qafqazinfo”ya bildirilib ki, hadisə yerində araşdırmalar aparılır. Hadisə Dövlət Gömrük Komitəsinin Akademiyasının yaxınlığında baş verib.
 
Qeyd edək ki, oktyabrın 13-də mərhum tələbə Elvin Əzizlinin 18 yaşı tamam olacaqdı. 

Məlumat üçün bildirək ki, qəzanın baş verdiyi ərazidə düyməli svetafor quraşdırılıb. Belə ki, həmin işıqfor yalnız düyməsi piyadalar tərəfindən sıxıldıqdan sonra sürücülər üçün qırmızı işıq yanır və vətəndaşlar xətdən keçə bilir.
 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar