Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Əvəz Zeynallının ev dustaqlığına buraxılmasını istəyəcəm - VƏKİL

Tarix: 17-09-2022 19:44     Baxış: 3271 A- / A+


Əvəz Zeynallının ev dustaqlığına buraxılmasını istəyəcəm - VƏKİL

“Elçin Sadıqovun həbsdən buraxılması çox müsbət haldır. Əvəz Zeynallının da ev dustaqlığına buraxılması üçün apellyasiya şikayəti verəcəm”.

Bunu “Xural” TV internet kanalının rəhbəri Əvəz Zeynallının vəkili Aqil Layıc bildirib. Vəkil deyib ki, apellyasiya şikayətini məhkəməyə birinci gün təqdim edəcək.
“Prokurorluqdan eyni mövqeni və anlayışı gözləyirik”, - deyə o bildirib.
Xatırladaq ki, vəkil Elçin Sadıqov və "Xural" TV-nin rəhbəri Əvəz Zeynallı "Baku Steel Company" şirkətinin sabiq rəhbəri, iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət almaqda təqsirləndirilir.
Onlara qarşı Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsilə ittiham irəli sürülmüş və onun barələrində Binəqədi rayon məhkəməsinin qərarı ilə 4 aylıq həbs qəti imkan tədbiri seçilmişdi.
Bu gün Bakı Apellyasiya Məhkəməsində vəkil Elçin Sadıqov barəsindəki həbs qətimkan tədbiri qərarından verilmiş şikayətə baxılıb.
Məhkəmə Elçin Sadıqovun həbsdə qalması üçün əsasların aradan qalxdığı qənaətinə gələrək onun ev dustaqlığı şərti ilə azadlığa buraxılmasına qərar verib./modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar