Sizin Reklam Burada
Xəbər lenti
26-02-2025
25-02-2025
BÜTÜN XƏBƏRLƏR

Şəhid ailəsinin evini dörd nəfərə satan MTK rəhbəri həbs edildi

Tarix: 17-09-2022 15:50     Baxış: 3273 A- / A+


“Təbriz” Mənzil-Tikinti Kooperativinin həmtəsisçisi və rəhbəri Nofəl Hacıyevin şəhid ailəsinə məxsus mənzili dörd nəfərə satmasıyla bağlı sosial şəbəkələrdə məlumat yayılıb. 

Manevr.az-ın xəbərinə görə, Baş Prokurorluğun Mətbuat Xidmətinin prokuroru Kənan Zeynalov Oxu.Az-ın sorğusuna cavab olaraq sözügedən şəxsin bu tip cinayətlər törətdiyini təsdiqləyib:
“MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 57 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasındakı mənzillərdən bəzilərinin iki şəxsə satılması faktı ilə bağlı Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başladılıb. 
CM-nin 178.4, 308.2, 313-cü maddələri ilə Hacıyev Nofəl Əhməd oğlu təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib və Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq davam edir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar