Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Rasim Məmmədovun məhkəməsi: "Mən tapşırıq almamışam"

Tarix: 16-09-2022 19:53     Baxış: 3260 A- / A+


Rasim Məmmədovun məhkəməsi: "Mən tapşırıq almamışam"

"Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilləri etiraz edib.
Onlar vəkil Elçin Sadıqovun həbsdə olmasına görə məhkəmə iclasının təxirə salınmasını istəyiblər. Ancaq hakimlər bildiriblər ki, digər vəkillərin iştirakı ilə proses davam edə bilər.
Rasim Məmmədov ifadəsində deyib ki, əvvəllər "Azəri-Çıraq-Günəşli" neft yatağında idarə rəisi olub: "Orda idarə rəisi olan yeganə azərbaycanlı idim. Gəlirim "Baku Steel Company"ni almağa imkan verirdi. O vaxt BP-ninn nəqliyyat, yemək, insan və yük daşımalarını şirkətlərim həyata keçirirdi. Ona görə də kifayət qədər pulum var idi. 500 min qazancım olurdu. İlk milyonumu 26 yaşımda qazanmışam. "Baku Steel Company" şirkətini aldım. Digər şirkətdən isə əldə olunan 53 milyon manatlıq gəlirin 25 faizi mənə qalmışdı. 2011-ci ildə həmin şirkəti ("Baku Steel Company" nəzərdə tutulur) tam aldım. 12,5 milyon manatı aeroportda həmin şirkətin nümayəndələrinə verdim”.
Daha sonra vəkillər Rasim Məmmədova iş adamları Əşrəf Kamilov və Əli Kərimli ilə hansı əlaqələri olduğunu soruşublar. R.Məmmədov vurğulayıb ki, onlarla yaxın tanışlığı yoxdur: “Əşrəfi bir dəfə Fazil Məmmədovun yanında görmüşəm. Əli Kərimlini isə ümumiyyətlə tanımıram. Mən onlardan hər hansı tapşırıq almamışam. Onlar “Baku Steel Company”nin fəaliyyətinə hər hansı maddi yardım etməyiblər. Mən Abdulbari Gözəlin bankı olan Azərbaycan Sənayə Bankından kredit götürüb iş görmüşəm".
R.Məmmədov şirkət rəhbəri olduğu müddətdə daim qazanc əldə etdiyini diqqətə çatdırıb: “Şirkət on ildə 220 milyon manat qazanc əldə edib. Mənimsəmə varsa, qazanc necə ola bilər? “Baku Steel Company”də işlər mənə gəlib çatana kimi 40 nəfərdən keçir. Mən malları bilərəkdən baha qiymətə göstərsəm, bunu həmin adamlar bilərdi”.
Təqsirləndirilən şəxs deyib ki, onun dəftərdə qeyd etdiyi 60 milyon manat özünə məxsusdur: “O pul öz pulumdur. Çünki şirkətin pullarının 4-5 yerdə qeydiyyatı aparılır. Orada pul silmək mümkün deyil. İstintaq zamanı mənim borcum olmasa da, boynuma qoyulduğu üçün “Azəri Steel” şirkətinin 10 milyon manat kredit borcunu ödədim. Əvvəl işçim olmuş, pul oğurladığı üçün vaxtilə qovduğum adama 3 milyon manat, əlavə olaraq başqa bir işlə bağlı 9,8 milyon manat pulu mənə ödətdiriblər. 2015-ci ildə Şahin Mustafayevlə bir italyan şirkəti ilə 1,2 milyard manatlıq müqavilə bağladıq. Amma sonradan iş alınmadı".
Məhkəmənin növbəti iclası sentyabrın 19-da davam etdiriləcək.
İttihamda göstərilib ki, “Baku Steel Company” MMC 2009-cu ilin avqustunda qeydiyyatdan keçib.
Rasim Məmmədov 2021-ci il yanvarın 28-nə qədər şirkətin Müşahidə Şurasının sədri olub. O, zavoda rəhbərlik etdiyi dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə edib, sənədlərə yalan məlumatlar daxil etməkdə, o cümlədən rəqəmləri şişirtməklə, başqa şəxslərin adına şirkətlər yaratmaqda, “Baku Steel Company”nin mallarını həmin şirkətlərə daha aşağı qiymətlərlə satmaqda, “Baku Steel Company”nin məhsullarını öz obyekt və yaşayış binalarına sərf etməkdə ittiham olunur.
İttiham aktın əsasən, Rasim Məmmədov bu cür üsullarla ümumilikdə 55 milyon manatlıq mənimsəmə və israfetməyə yol verib. onun barəsində Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə emə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar