Xəbər lenti
Yeznəsinə zorla ərə verilən qadınla bağlı açıqlama verilib
Yardımlı rayonu Arvana kənd tam orta məktəbin direktoru vəzifəsində işləyən İsayev Kamran Abasxan oğlu ilə bağlı müxtəlif mətbuat orqanlarında yayılan məlumatla bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb.
İdarədən verilən məlumata görə, araşdırma zamanı direktor İsayev Kamran Abasxan oğlu mətbuatda onun haqqında yer alan məlumatın həqiqəti əks etdirmədiyini və ona böhtan atıldığını bildirmişdir.
Hadisə ilə bağlı aidiyyəti qurumlar araşdırma aparır. Hər hansı yeni məlumat olarsa, bu haqda ictimaiyyətə əlavə məlumat veriləcək.
***
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Yardımlıda qadının zorla bacısının ərinə ərə verilməsi məsələsinə münasibət bildirib.
Qurumun mətbuat katibi Teymur Mərdanoğlu açıqlamasında qeyd edib ki, məsələ Komitə və aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb, bu istiqamətdə müvafiq tədbirlər görülməkdədir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, məsələ nəzarətə götürülüb. Hazırda Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.
Qeyd edək ki, iddiaya görə, Yardımlı rayonunun Arvana kənd orta məktəbinin direktoru həyatda olan arvadının bacısını kəbin kəsdirməyə məcbur edib, həmin şəxs qadını boğaraq zorla arvadı olmağa məcbur edib. Məlumata görə, boşanaraq ailəsinin yanına qayıdan qadın atası tərəfindən bacısına yaxşı baxdığı üçün zorla yeznəsinə ərə verilib. O isə qaçaraq uşağı ilə birlikdə Bakıdakı sığınacaqlardan birinə yerləşdirilib. Qadın yerləşdirildiyi sığınacaqdan qardaşı və digər şəxs tərəfindən çıxarılmağa cəhd edilsə də, hazırda sığınacaqdadır. apa
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar