Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Mediadakı "videolarını siləcəm" deyib pul alan sayt rəhbərinə cinayət işi AÇILDI

Tarix: 14-09-2022 17:45     Baxış: 4278 A- / A+
Vətəndaşın pulunu ələ keçirən “patrul.az” xəbər portalının təsisçisi barəsində cinayət işi başlanıb.
Baş Prokurorluqdan verilən xəbərə görə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi şəxsi həyata dair görüntülərin internet resurslarından silinməsi adı ilə vətəndaşların pulunu ələ keçirən vəzifəli şəxs barəsində daxil olmuş müraciət əsasında əməliyyat-axtarış tədbirləri keçirib.
Əməliyyat-axtarış tədbirləri ilə “Patrul.az” MMC-nin və eyni adlı xəbər portalının təsisçisi Səməndər Niftəliyevin tanışı Həmzə Hüseynli ilə qabaqcadan əlbir olaraq vətəndaşın şəxsi həyatı ilə bağlı videogörüntülərin geniş izləyici kütləsi arasında yayılmasının qarşısının alınması məqsədilə həmin materialların əks olunduğu media və sosial şəbəkə səhifələrindən silinməsi ilə bağlı yalan vəd vermələrinə, bu yolla vətəndaşın 2 min 800 manat məbləğində pul vəsaitini ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış ilkin sübutlar əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla, Səməndər Niftəliyev və Həmzə Hüseynliyə həmin Məcəllənin 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən dələduzluq) maddəsi ilə ittiham elan edilmiş və məhkəmənin qərarı ilə barələrində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə təqsirləndirilən şəxslərin eyni xarakterli əməllərindən zərər çəkən digər şəxslərin müəyyən edilməsi istiqamətində istintaq davam etdirilir.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar