Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Baş həkimin qətlinə görə 2 nəfər saxlanıldı

Tarix: 13-04-2017 12:27     Baxış: 4356 A- / A+
Baş həkimin qətlinə görə 2 nəfər saxlanıldı


Lənkəranda baş həkimi öldürməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Lənkəran rayon-şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Xolmili kənd sakini Vüqar Həmid oğlu Abbasov tutulub. Rayonun Səpnəkəran kənd sakini olduğu bildirilən bir nəfərin də saxlandığı barədə məlumat yayılıb.
İlkin məlumata görə, V. Abbasov rayonda şadlıq saraylarından birində operator işləyib. Hadisənin tamah məqsədilə törədildiyi deyilir. V.Abbasovun həmkəndlisi, iki gün əvvəl Lənkəran ŞRPŞ-nin müvəqqəti saxlama təcridxanasında polisin silahı ilə özünü güllələyərək intihar edən 1977-ci il təvəllüdlü Fail Xudaverdi oğlu Hüseynovla əlaqəsinin olduğu bildirilir.
Qeyd edək ki, məlum hadisə bu il martın 18-də Xolmili kəndində qeydə alınıb. Kənd sakini, 67 yaşlı Səfərov Vahab Xalıq oğlunun evinə basqın edən şəxslər ona baş nahiyəsindən ağır xəsarət yetiriblər. Ağır vəziyyətdə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılan şəxs müalicə üçün Bakıya göndərilib. Lakin o, bir neçə gün sonra ölüb. V. Səfərov uzun illər kənd ambulatoriyasının müdiri vəzifəsində işləyib.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır. (apa)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar