Xəbər lenti
Şəkidə kişi azyaşlını tovlayıb həyətinə apardı: "Ordan da yataq otağına..." - Təfərrüat
Manevr.az big.az-a istinadən bildirir ki, hadisə 12 iyun 2021-ci ildə baş verib. Şöhrət həmin gün saat 19 radələrində orta dərəcəli sərxoş vəziyyətdə Şəki rayonu, İnçə kəndində evinin yaxınlığındakı küçədə dayanan zaman yanından keçmək istəyən həmkəndlisi, 2009-cu il təvəllüdlü Nailəni görüb.
Şöhrət Nailənin başqa şəxsləri köməyə çağırmaq imkanının olmadığını bildiyi üçün cinsi ehtirasını təmin etmək məqsədilə onun qolundan və ağzından tutub.
Daha sonra fiziki zor tətbiq edərək yaşadığı evin həyətinə, oradan isə fasilə vermədən yataq otağına aparıb. O, azyaşlını yataq otağındakı yerə sərilmiş yorğan-döşək dəstinin üzərinə uzadıb və ona qarşı seksual hərəkətlər edib.
Azyaşlının qışqırdığını görən Şöhrət onun müqavimətini qırmaq üçün fiziki zor tətbiq edib, yumruqla baş nahiyəsinə beş zərbə vurub. Daha sonra iyrənc hərəkətlərini davam etdirib.
İstintaq orqanı tərəfindən Şöhrətin barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.
"5 manat zəhməthaqqı aldım"
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şöhrət ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, iyunun 12-də ot yığmağa gedib: "Günorta saatlarında sahədən otu yığdım və geri qayıtdım. İşə görə 5 manat zəhmət haqqı almışdım.
Ot yığdığım maşın Baş Göynük kəndinə qalxan yol ayrıcından keçəndə saxladı və orada yerləşən mağazadan "Əfsanə" markalı bir banka pivə alaraq içdim. Sonra birlikdə Zunud kəndinə gəldik. Otu boşaltdıqdan sonra piyada evimin yanına gəldik".
"Evimin üstünə daş atdılar"
Təqsirləndirilən şəxs deyib ki, saat 19.30-da yaşadığı evə çatmağa bir qədər qalmış qonşu Nailənin qarşı tərəfdən gəldiyini görüb: "İtlər Nailəyə tərəf gəldiyinə görə mənə yaxınlaşdı, kömək istədi. Mən də itləri qovdüm, Nailənin sağ qolundan tutaraq yaşadığım evin həyətinə apardım. Evin qarşısındakı pilləkəndə Nailə ilə birlikdə oturduq. O, sol tərəfimdə oturaraq məndən qızım Samirəni soruşdu. Mən də Samirəni evdə olmadığını dedim.
Təxminən 2-3 dəqiqə söhbət etdikdən sonra birlikdə ayağa qalxdıq. Bu zaman Nailənin əllərindən tutdum və özümə tərəf çəkərək qucaqladım, üzündən öpdüm.
Bu vaxt qonşuluqda yaşayan arvadların bizə tərəf gəldiyini gördüm. Qadınlar yığışıb evimin üstünə daş atdılar. Nailənin qolundan tutaraq darvazadan yola çıxardım. Bizi görən qadınlar daha daş atmadılar.
Qonşular məndən uşağa nə etdiyimi soruşdular. Mən də Nailəyə heç nə etmədiyimi, aparıb yoxlada biləcəklərini dedim. Onlar Nailəni apardılar, mən də öz evimə qayıtdım".
Şöhrət qeyd edib ki, bir müddətdən sonra polis əməkdaşları gəlib və onu polis şöbəsinə dəvət ediblər. O deyib ki, Nailəni evinə aparmayıb, ona yerə uzatmayıb, ona qarşı seksual hərəkətlər etməyib.
"Dedi ki, sənin boyda qızım var, gedək, onunla oyna" Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilən Nailənin sözlərinə görə, iyunun 12-də, saat 18.30-da anası ona 5 manat verib və mağazadan xəngəl xəmiri almağa göndərib:
"Mən də əvvəlcə daim alış-veriş etdiyim Zakirin işlətdiyi mağazaya getdim. Mağazada xəngəl xəmiri olmadığı üçün bir qədər kənarda yerləşən Xəlilin mağazasına yollnadım. Orada da xəngəl xəmiri olmadığı üçün geriyə evə qayıtdım.
Şöhrətin yanından keçəndə məndən kimin qızı olduğumu soruşdu. Mən də Səidin qızı olduğumu bildirdim. Şöhrət mənə dedi ki, sənin boyda qızım var, gedək, həyətdə onunla oyna. Mən getmək istəmədiyimi dedim".
"Məni özünə arvad edəcəyini dedi"
Zərərçəkmiş şəxs qeyd edib ki, bundan sonra Şöhrət qolundan tutaraq dartıb və evlərinə tərəf aparıb: "Qapılarının yanına çatanda Şöhrətin əlindən çıxaraq qaçmaq istədim. Şöhrət saçımdan tutaraq özünə tərəf çəkdi. Qışqırmaq istəyəndə o biri əli ilə ağzımı tutaraq məni həyətə saldı.
Həyətdə bir əli ilə qolumu, o biri əli ilə ağzımı tutdu. Məni evlərinə apardı, otağa saldı. Otağın ortasında olan yorğan-döşəyin üzərinə uzatdı. Özü də üstümə uzandı, üzümdən öpdü. Ona yalvardım, evimə getmək istədiyimi dedim.
Şöhrət bu gecə orada qalacağımı, məni özünə arvad edəcəyini dedi. Çabalayaraq onun əlindən çıxmaq istədim. Şöhrət bir əli ilə ağzımı tutdu, o biri əli ilə başıma yumruq vurdu.
Həmin vaxt darvazaya kimlərsə daşlar vurduğu üçün Şöhrət üstümdən qalxdı. Mənə çölə çıxmağımı, heç kimin görməməsi üçün həyətin aşağısındakı qapıdan yola çıxmağımı, evimə getməyimi dedi".
"Tut ağacının altında ağladım"
Nailənin ifadəsinə görə, bundan sonra həyətə çıxıb: "Şöhrət isə evdə qaldı. Həyətə çıxandan sonra yolu tapa bilmədiyim üçün həyətdəki tut ağacının altında oturaraq ağladım. Bu vaxt küçə qapısından həyətə bir nəfər kişi girdi, məni yola çıxardı. Yolda çoxlu adamlar yığışmışdı. Mənə su və şirinçay verdilər. Bir müddətdən sonra atam və anam gəldi. Məni evimizə apardılar".
Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Şöhrət 11 il müddətinə azadlıqdan məhrum edilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar