Sizin Reklam Burada
Xəbər lenti
02-09-2025
01-09-2025
BÜTÜN XƏBƏRLƏR

“Makarov”la qohumunu güllələdi, silahı fermada gizlətdi

Tarix: 08-09-2022 22:05     Baxış: 3243 A- / A+
Ağcabədi Rayon Polis Şöbəsinə sentyabrın 6-da saat 1 radələrində şəhər ərazisində Avşar kənd sakini A.Şakirovun qolundan yaralanması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, araşdırmalarla həmkəndlisi olan qohumu Laiq İslamovun xuliqanlıq zəminində pnevmatik tapançadan atəş açaraq A.Şakirovu qolundan yaralamasına əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində L.İslamov saxlanılıb. Onun Avşar kəndi ərazisində yerləşən atasına məxsus fermada gizlətdiyi “Makarov” markalı tapança və bir ədəd patron darağı aşkar olunaraq götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) və 228-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb. axar.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar