Xəbər lenti
Daşkəsəndə ölən 15 yaşlı qızın səs yazısı yayıldı: İntiharda günahkar babasıdır?

İntihardan bir neçə gün keçməsinə baxmayaraq, bəzi məqamlar ortaya çıxıb.
Günel Həsənovanın valideynləri iddia edirlər ki, övladlarının ölümünün səbəbi intihar deyil. Valideynlərin bildirdiyinə görə, Günelin hər hansı bir psixoloji problemi olmayıb, ölmək istəməsinə səbəb olacaq hər hansı bir gərginlik yaşamayıb. Valideynləri Günelin öldürüldüyünü düşünürlər.
Günelin ana babası isə nəvəsinin ölümündə onun ata babasını günahkar bilir. Onun sözlərinə görə, qız babasının yanında olub, ona baba cavabdeh olub.
Hadisədən iki il əvvələ kimi mərhumun müəllimi olan İradə Zeynalova da valideynlərinin dediklərini təsdiqləyir. Güneli çox sakit, tərbiyəli və həyat dolu bir qız kimi xatırladığını bildirir.
Yaxınları deyir ki, Günelin ölümündən bir gün əvvəl atasına göndərdiyi səs heç də ölmək istəyəcək insanın səsinə oxşamır.
Qeyd edək ki, Günel Həsənova babası ilə Astaf kəndində yaşayıblar. Faktla bağlı Daşkəsən Rayonun Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. apa
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar