Xəbər lenti
Qolunda elektron qolbaqla üzərində tapança gəzdirən şəxs həbs edildi
Bakıda üzərində tapança gəzdirən şəxslə bağlı məhkəmə qərarı elan olunub.
Xırdalan şəhəri, Abşeron rayonunda qeydiyyatda olan, Binəqədi rayonu Rəsulzadə qəsəbəsində də yaşayan 1993-cü il təvəllüdlü Zaur Qəmbərov (ad şərtidir) üzərində "Makarov" tipli tapança ilə saxlanılıb.
O, "Makarov" konsturksiyalı tapançaların komplekt hissəsi olan 1 ədəd daraq əldə edib, üzərində gəzdirib və 17 aprel 2022-ci ildə, saat 18.000 radələrində Rəsulzadə qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin qarşısında Binəqədi Rayon Polis İdarəsini 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərib ki, əvvəllər qanunsuz olaraq narkotik vasitələrin istifadəsinə görə məhkumluğu olub. 2022-ci ili aprel ayının ortalarında "Xutor"da, daha dəqiqi Eldar Babayev küçəsində zibilliklərdən dəmir tullantıları yığan zaman yerdən tapdığı qara rəngli sellofan paketio açdıqda içərisində artıq markası ona bəlli olan "Makarov" tapançası olduğunu görüb. Əvvəlcə elə bilib ki, tapança oyuncaqdır. Lakin sonradan onun həqiqi silah olduğunu başa düşüb və sandıqçasında 3 ədəd patron olduğunu görüb. Həmin tapançanı götürüb özündə saxlamaq qərarına gəlib. O, tapançanı həmin vaxtdan daim üzərində gəzdirib.
Polislər üzərini axtaran zamanı onun ayağında "probasiya" idarəsi tərəfindən quraşdırılmış "braslet” aşkarlayıb. O, polis əməkdaşlarına deyib ki, məhkum olunub, məhkəmənin hökmü ilə şərti azadlığa buraxılıb.
Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 1 il 7 ay müddətə azadlıqdan məhrum edilib.(Qaynarinfo)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar