Sizin Reklam Burada
Xəbər lenti
23-12-2024
22-12-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda kişi arvadını dabankeşlə döydü

Tarix: 05-09-2022 21:37     Baxış: 3288 A- / A+
  Nərimanov Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Sərdar Səmədovun (ad, soyadı şərti) cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.

Manevr.az pravda.az-a istinadən məlumatına görə, hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, Sərdar Səmədov Cinayət Məcəlləsinin 127.1-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

İttihama görə, təqsirləndirilən şəxs sərxoş vəziyyətdə 2022-ci ilin iyul ayının 30-da, gecə saat 01:00 radələrində yaşadıqları evin qonaq otağında qısqanclıq zəminində arvadı Fəridə Səmədova (ad, soyadı şərti) ilə mübahisə edib. Mübahisə zamanı Sərdar qadının saçından tutaraq evdə olan dəmir dabankeşlə bir neçə dəfə bədəninin müxtəlif nahiyələrindən qəsdən vuraraq ona xəsarətlər yetirib.

Bununla da təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törədib.

Məhkəmənin hazırlıq iclasında Sərdar Səmədov özünü təqsirli bilib, zərərçəkmiş şəxs ilə barışdığını və ona vurduğu ziyanı tam olaraq ödəməsini söyləyərək iş üzrə icraata xitam verilməsini xahiş edib.

Məhkəmə hazırlıq iclasında zərərçəkmiş şəxs Fəridə Səmədova da təqsirləndirilən şəxsin dediklərini təsdiq edərək hazırda onunla barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, bununla da ərinə qarşı şikayət və tələbinin olmadığını söyləyib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar