Sizin Reklam Burada
Xəbər lenti
21-02-2025
20-02-2025
BÜTÜN XƏBƏRLƏR

Lerikdə 8 nəfərin öldüyü dəhşətli qəzadan görüntülər - VİDEO

Tarix: 05-09-2022 09:30     Baxış: 4917 A- / A+

Ziyarətdən gələn şəxslər Lənkəran - Lerik yolunun 45-ci km-də ağır yol qəzasına düşüblər.

Dəhşətli hadisə Lerik rayonunun Günəşli kəndi ərazisində qeydə alınıb.

Lənkəran rayonunun Boladı kənd sakinləri 18 - 20 nəfər tutumlu mikroavtobusla Lerik rayonuna ziyarətgaha gediblər. Qayıdarkən sürücü idarəetməni itirib və mikroavtobus yol kənarındakı betona, sonra irigövdəli ağaca çırpılaraq aşıb.
Dərhal hadisə yerinə FHN-in xilasediciləri və TƏBİB -in tabeliyində fəaliyyət göstərən Lerik, Lənkəran və Masallı tibb briqadaları cəlb olunub. Xilasetmə zamanı hadisə yerində 5 nəfərin yerindəcə öldüyü məlum olub. 3 nəfər yaralı Lerik rayonuna, 5 nəfər isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Vəziyyətləri daha ağır olan 3 yaralı xəstəxanada dünyasını dəyişib.

Ölən və yaralıların bəzilərinin adları da məlum olub. Beləliklə, mikroavtobusun sürücüsü 63 yaşlı Səyyad Səyyadov, 64 yaşlı Nazilə Kərimova, 63 yaşlı Şərafət Fərəcova, 70 yaşlı Əsbət İbrahimova, 63 yaşlı Gülər Qurbanova, 62 yaşlı Zəhra Səyyadova və 69 yaşlı Lətifə Axundova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Dilarə Xəlilova, Sərvər Həşimova, Saray Axundova, Təcrübə Ağayeva, Güldəstə Cəfərova, Səmayə Rzayeva və Zərnitac Tahirova dünyalarını dəyişiblər.

Faktla bağlı araşdırma aparılır.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar