Xəbər lenti
Yevlaxda 51 min manatlıq qoyun oğurlandı

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, bir qrup rayon sakini RPŞ-yə müraciət edərək onlara məxsus xırdabuynuzlu heyvanlarının oğurlandığı barədə məlumatlar veriblər.
Daxil olmuş məlumatlar əsasında keçirilən tədbirlər nəticəsində rayonun müxtəlif kəndlərinin ərazisində yerləşən ferma və fərdi yaşayış evlərindən xırdabuynuzlu heyvanları oğurlamaqda şübhəli bilinən rayonun Tanrıqulular kənd sakini Tural Bayramov saxlanılıb.
Araşdırmalarla T.Bayramovun oğurluqları yetkinlik yaşına çatmayan qardaşı və həmkəndlisi Pərviz Balakişiyevlə birgə törətdiyi müəyyən edilib. Keçirilmiş tədbirlərlə onun qardaşı və həmkəndlisi də polis əməkdaşları tərəfindən saxlanılıb.
Ümumilikdə isə T.Bayramovun 234 ədəd xırdabuynuzlu heyvanı oğurlayaraq vətəndaşlara 51 000 manata yaxın ziyan vurduğu məlum olub. O, oğurladığı heyvanları dəyərindən ucuz qiymətə satdığını etiraf edib. Həmçinin keçirilmiş tədbirlərlə 38 ədəd heyvan maddi sübut kimi aşkar edilərək götürülüb. modern.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar