Xəbər lenti
“Səhər “bacı” dedi, günorta hotelə çağırdı” - “Lukoil”dəki bıçaqlanmanın təfərrüatı
Gəncədə 2021-ci ilin dekabrında “Lukoil” yanacaqdoldurma məntəqəsində baş verən bıçaqlanma hadisəsi ilə bağlı məhkəmə prosesi başa çatıb.
Manevr.az “qafqazinfo”ya istinadən xəbər verir ki, məhkəmənin hökmü ilə təqsirləndirilən Nigar Qafarovaya (ad-soyad şərtidir) 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun cəzası 3 il sınaq müddəti təyin edilməklə şərti hesab edilib.
Hadisənin baş verməsinə gəlincə, Nigar Gəncədə yerləşən “Lukoil”da xadimə işləyib. O, hadisədən bir müddət əvvəl həyat yoldaşından ayrılıb və övladının biri onunla qalıb.
Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Nigar Qafarova ifadəsində bildirib ki, işdən evə və azyaşlı uşağını bağçadan iş yerinə gətirən zaman çox vaxt Gəncə-Daşkəsən avtomobil yolunun kənarına çıxaraq təsadüfən həmin istiqamətə gedən tanımadığı avtomobillərə əl edib, həmin avtomobillərdən saxlayan olanda maşına minərək uşağını bağçadan götürüb yaşadığı evə gedib. 2021-ci ilin dekabrın 4-də işə getmək üçün “Mercedes” markalı avtomobilə əl edərək onu iş yerinə aparmasını xahiş edib.
Yolda özünü hərbçi kimi təqdim edən Vüsal Məmmədov (soyad şərtidir) qadına nömrəsini verərək hər gün bu yolu gedib-gəldiyini bildirib və lazım olsa, onu apara biləcəyini deyib.
Vüsal bu zaman Nigara bacı deyə müraciət edib. Ancaq günorta saatlarında Vüsal Nigara zəng edərək ona əxlaqsız təkliflər edib və onu hotelə çağırıb. Vüsal evli olsa da, özünü boşanmış kimi təqdim edib.
Vüsalın ona əxlaqsız təkliflər etməyindən təsirlənən qadın, ondan qisas almaq niyyətinə düşüb. Vüsalın hotelə getməklə bağlı təklifinə “hə” deyən Nigar onu orada bıçaqlamağı düşünüb.
Bunun üçün Nigar evdən bıçaq götürərək çantasına qoyub və Vüsalı görüşə çağırıb. Bu zaman Nigar fikrini dəyişərək ona əxalqsız təkliflər edən şəxsi “Lukoil” YDM-də bıçaqlamaq qərarına gəlib. O, bu səbəbdən uşağın sənədlərinin iş yerində qaldığını deyib. “Lukoil”ə çatan zaman Nigar əvvəlcə Vüsalın sağ bədən nahiyyəsindən iki, daha sonra isə sağ bud nahiyyəsindən 4-5 bıçaq zərbəsi vurub. Bu zaman Vüsal maşından düşərək qaçıb. Nigar isə əsəbini maşına zərər vurmaqla soyutmağa çalışıb.
Nigar hadisədən sonra oğlunu bağçaya qoyub, daha sonra iş yerinə gələrək təmizlik işləri aparıb. Bundan sonra Gəncə şəhər Nizami rayon polis bölməsinə gedərək tanımadığı bir nəfəri ona əxlaqsız təkliflər etdiyi üçün bıçaqla vurduğunu bildirib.
Qeyd edək ki, N saylı hərbi hospitalda stomatoloq vəzifəsində işləyən Vüsal Məmmədov məhkəmədə Nigarın iddialarını yalanlayıb.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar