Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

İDMANMəşhur futbolçunu döyüb qaçdılar, arvadını isə... - Şəkil

Tarix: 29-08-2022 22:29     Baxış: 4304 A- / A+
Qabon millisinin və İspaniyanın "Barselona" klubunun futbolçusu Pyer-Emerik Obameyanqın evi naməlum oğrular tərəfindən qarət edilib.

Bu barədə İspaniya polisindəki mənbələrə istinadən "El Pais" qəzeti məlumat yayıb.

Hadisənin futbolçunun evində baş verdiyi qeyd edilir. Ən azı 4 nəfər Obameyanqın evinin bağçasına soxulub. Daha sonra 33 yaşlı futbolçunu döyüblər. Bundan başqa, oğrular futbolçunu və onun həyat yoldaşını odlu silahla hədələyiblər.

“Barselona”nın futbolçusunun evinə soxulan oğrular seyfi sındıraraq, qiymətli zinət əşyalarını götürüblər. Sonra onlar maşına minərək qaçıblar. Hazırda polis oğruları axtarır.

Məlumat üçün bildirək ki, 33 yaşlı futbolçu 2022-ci ilin qışında azad agent kimi “Arsenal”dan “Barselona”ya keçib. Obameyanq Kataloniya klubunda 24 oyuna çıxıb, 13 qol vurub və 1 məhsuldar ötürmə edib. publika.az

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar