Xəbər lenti
Bakıda evin önünə “cadulu kukla” qoydu: polis axtarır – Video
Bakıda bir qadının evin önünə üzərində müxtəlif dəyişikliklər edilmiş kukla qoyması həyəcana səbəb olub.
Bu barədə evin sahibi Kamran Bağırov məlumat verib.
Onun sözlərinə görə, ev Nəsimi rayonu, Məsud Davudoğlu küçəsində (“Nəsimi” metrostansiyasının arxasında) yerləşir:
“Tanımadığımız qadın evimizin önünə kukla qoyub. Kuklanın qolları kəsilib, ayağı əyilib, kəsilmiş qollarına karandaş yeridilib, boynuna zəncir keçirilib, saçları arxadan düyünlənib. Qadının bütün hərəkəti müşahidə kameralarına düşüb”.
K.Bağırov bildirib ki, tanımadığı qadın evlərinin önündən keçərək, mağazaya girib, daha sonra isə ordan çıxıb və kuklanı evin önünə qoyaraq, ordan uzaqlaşıb.
Ev sahibi kuklaya “əməl-cadu” edilməsindən çox narahatdır. Onun sözlərinə görə, kamera görüntülərinə qonşular da baxıb və qadını tanıyan olmayıb. Onun fikrincə, qadın “kuryerdir”, bu işin arxasında isə başqa adam dayanır.
K.Bağırov artıq 7 saylı Polis Bölməsinə şikayət edib və araşdırmalar başlayıb./axar.ax
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar