Bərdədə 6 yaşlı uşaq qəflətən ölüb. Hadisə avqustun 28-də rayonun Mollaəhmədli kəndində qeydə alınıb.
Manevr.az-ın məlumatına görə, hadisə ilə bağlı TƏBİB-dən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, 2016-cı il təvəllüdlü, Bərdə rayonu Mollaəhmədli kənd sakini dünən saat 23:50 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasına daxil olarkən ölmüş vəziyyətdə olub: "Hal-hazırda bununla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır".
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.