Böyük Britaniyanın Qərbi Susseks şəhərində 30 inək sürüsü itini gəzdirən qadını tapdalayaraq öldürüb.
Manevr.az bildirir ki, bu barədə "Manchester Evening News" xəbər verib.
55 yaşlı qurbanın qanlı cəsədi İngiltərənin Billingshörst kəndi yaxınlığında şahidlər tərəfindən aşkar edilib. Hadisə yerinə polis, təcili yardım və sanitar aviasiyası gəlib. Kənd sakinləri, daha sonra isə tibb işçiləri qadına 1 saat ərzində ürək-ağciyər reanimasiyası aparsalar da, onu xilas edə bilməyiblər.
"Onun inəklər tərəfindən tapdalanması fikri sadəcə dəhşətdir. O, hətta ət yeməyib, vegetarian idi", - mərhumun dostu və keçmiş həmkarı deyib. O, mərhumun gözəl və mülayim insan olduğunu, heyvanları və itini sevdiyini əlavə edib.